Evdə təmir zamanı partlayış olub I İki qardaşdan biri ölüb

Evdə təmir zamanı partlayış olub    I İki qardaşdan biri ölüb
  28 May 2025    Oxunub:607
Neftçalada fərdi yaşayış evində baş verən partlayış daha sonra yanğına çevrilib.
Hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb. Belə ki, fərdi yaşayış evində Bayram Əzizov və qardaşı Babək Əzizov təmir işləri görən zaman partlayış olub və daha sonra yanğın baş verib. Hadisə zamanı Bayram Əzizov ölüb, Babək Əzizov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti