Tramp Rusiyaya qarşı yeni sanksiyaları dayandırdığını açıqladı

Tramp Rusiyaya qarşı yeni sanksiyaları dayandırdığını açıqladı
  28 May 2025    Oxunub:273
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi dayandırdığını bəyan edib.
AzVision.az xəbər verir ki, Ağ Evdə Oval Ofisdə jurnalistlərə açıqlama verən Tramp bu qərarını Ukrayna ilə aparılan danışıqlara müdaxilə etmək istəməməsi ilə izah edib.

“Əgər razılaşma əldə etməyə yaxın olduğumu düşünürəmsə, bunu etməklə onu pozmaq istəmirəm”, – deyə o bildirib.

Tramp əlavə edib ki, Rusiyanın üç ildir davam edən müharibəni dayandırmaq üçün razılığa gəlməyə hazır olub-olmadığı təxminən iki həftəyə bəlli olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti