Vaşinqton meri Azərbaycanla bağlı bəyannamə imzalayıb

   Vaşinqton meri Azərbaycanla bağlı bəyannamə imzalayıb
  29 May 2025    Oxunub:557
Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-cı ildönümü ilə bağlı 2025-ci il 28 may tarixini Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.
AzVision.az -ın məlumatına görə, bəyannamədə 2025-ci ildə həm də Azərbaycanda müstəqilliyin bərpasından 34, ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçdiyi bildirilir.

“Azərbaycan qadınlara kişilərlə bərabər hüquqlar, o cümlədən səsvermə hüququ verən ilk müsəlman ölkəsidir. Biz burada Azərbaycan səfirliyinin mövcudluğu və Azərbaycan icmasının bütün vətəndaşlar üçün azadlıq, bərabərlik və ədalət prinsiplərinə sadiqliyi ilə daha da zənginləşdik”,- deyə bəyannamədə qeyd olunur.


AzVision.az


Teqlər:





Xəbər lenti