Məlumatlı mənbələrin sözlərinə görə, saziş çərçivəsində Yaxın Şərq ölkələrinin beynəlxalq konsorsiumu, habelə Birləşmiş Millətlər Təşkilatının (BMT) nüvə proqramı nəzarət təşkilatı qurula bilər.
"İran məhz bu mümkün təşkilatların nəzarəti altında uranı zənginləşdirə biləcək. Hərçənd hesabatda belə bir addım barədə qəti razılıq hələlik yoxdur. Eyni zamanda, danışıqlar yalnız Tehranın nüvə proqramını əhatələyir. Sazişə bu ölkənin ballistik raket proqramı və başqa məsələlər haqqında maddə salınması gözlənilmir", - "CNN" diqqətə çatdırır.
Maraqlıdır ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında "müvəqqəti razılaşma məsələsi yolverilməzdir" söyləmişdi. Onun sözlərinə görə, rəsmi Tehran "uranın zənginləşdirilməsinin dayandırılacağı" barədə xəbərləri də təsdiqləmir.
![]() |
Tehran: "ABŞ ilə müvəqqəti razılaşma yolverilməzdir" |
Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar ötən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir. İndiyədək danışıqların dörd mərhələsi baş tutub. Sonuncu, yəni beşinci mərhələ isə Romada keçirilib. ABŞ Prezidenti Donald Tramp sonuncu görüş haqqında mətbuata müsahibəsində diqqətə çatdırıb ki, Vaşinqton "uğurlu danışıqlarda real irəliləyişə çatıb".
Firudin Həmidli
AzVision.az