Moskva: “Kiyev Qərbin silahlarını Afrikaya ötürür” - VİDEO

“Qərb ölkələrinin Ukraynaya verdiyi silahların dünyanın müxtəlif regionlarında, o cümlədən Afrika ölkələrində cinayətkar və terrorçu qrupların əlinə keçməsi halları qeydə alınır”, - rusiyalı diplomat bildirib.
Tatyana Dovqalenkonun iddiasına görə, Kiyev həmçinin terrorçu qruplarla əməkdaşlıq edir və onları hərbi əməliyyatlara hazırlayır. Rusiya XİN-in təmsilçisi əmin edib ki, bununla belə, Moskva qitədə sabitliyin qorunmasında Afrikaya dəstəyini davam etdirəcək.
Bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukraynanın Saheldə terrorçuları dəstəkləməkdə və Afrikada vəziyyətin sabitliyini pozmaqda iştirak etdiyini açıqlamışdı.
Qeyd edək ki, Afrikada tropik çöl-səhra ərazisi olan Sahel şimalda Sahara səhrası ilə cənubda daha məhsuldar torpaqlar arasında keçid rolunu oynayır və daha çox Afrikanın Sudan bölgəsi kimi tanınır. Bu ərazidə 300 milyonluq əhalisi olan 12 ölkə yerləşir.
2024-cü ilin noyabrında “AES İNFO” agentliyi Ukraynanın Malidəki terrorçu qrupları beynəlxalq hüquq çərçivəsində istifadəsi qadağan olunmuş ağ fosforlu sursatlarla təmin etdiyini bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna silahlar Afrika