“Düşmən Sumı istiqamətində həm mexanikləşdirilmiş briqadalar, həm də elit hava desant-hücum bölmələri ilə təmsil olunan kifayət qədər böyük bir qrup cəmləşdirib”, - agentliyin mənbəsi paylaşım edib.
Bundan əvvəl hərbi ekspert və istefada olan birinci birinci dərəcəli kapitan Vasili Dandıkin münaqişə zonasında Ukrayna tərəfində döyüşən əcnəbi muzdluların sayının getdikcə azaldığını bildirmişdi.
Onun sözlərinə görə, Ukraynanın öz səfirlikləri vasitəsilə muzdluları müharibəyə cəlb etmək cəhdlərinə baxmayaraq, əcnəbilərin sayı getdikcə azalır. Bu təcrübə xüsusilə münaqişədə iştirak üçün böyük məbləğdə pullar təklif olunan Latın Amerikasında geniş yayılıb.
Yeri gəlmişkən, Almaniyanın “Der Spiegel” nəşri Ukrayna prezidenti Volodimir Zelenskinin Berlinə Almaniyaya səfərini erkən başa vuraraq Kiyevə qayıtdığını yazıb. Buna səbəb Ukraynanın şimal-şərqindəki Sumı vilayətində vəziyyətin gərginləşməsi olub. Kiyevin fikrincə, rus qoşunları burada hücum cəhdlərini gücləndirib.
Ukrayna mənbələrinin məlumatına görə, Sumı vilayəti ilə sərhəddə 50 minə qədər Rusiya hərbçisi cəmləşib. Kiyev rus qoşunlarının hərəkətini regionda genişmiqyaslı əməliyyata mümkün hazırlıq kimi qiymətləndirir.
Sahil İsgəndərov
AzVision.az