"Azəriqaz” İB-də 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı keçirilib - FOTOLAR
29 May 2025
Oxunub:444
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində 28 May - Müstəqillik Günü münasibətilə şahmat turniri keçirilib. "Azəriqaz" İB Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda İdarəetmə Aparatının və Birliyin digər struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən şahmat yarışında Birliyin əməkdaşları olan Mikayıl Cəbrayılov 1-ci yer, Vüsal Rzayev 2-ci yer , Nazim Əsədov isə 3-cü yer tutublar. Qaliblər Birliyin Aparat rəhbəri Zaur Qəribov və HİK sədri Ədalət Qurbanov tərəfindən Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.