“Sabah Şərq vaxtı ilə saat 13:30-da İlon Mask ilə Oval Ofisdə mətbuat konfransım var. İlon heyrətamizdir! Sabah Ağ Evdə görüşənədək”, - Donald Tramp yazıb.
Amerika lideri mayın 30-nun həqiqətən də Maskın ABŞ hökumətində keçirdiyi son günü olacağını təsdiqləsə də, bunun həm də tam belə olmayacağını bildirib: “İlon Musk həmişə bizimlə olacaq və bu yolda bizə kömək edəcək”.
![]() |
İlon Mask Ağ Evdən gedir - VİDEO |
Xatırladaq ki, mayın 29-da İlon Maskın Donald Tramp administrasiyasındakı işini bitirdiyi və Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk etdiyi məlum olub. Qərar Ağ Evdə əsas büdcə siyasəti məsələləri ilə bağlı fikir ayrılıqları fonunda verilib.
Milyarder ABŞ prezidentinə “lazımsız xərcləri azaltmaq fürsətinə” görə təşəkkür edib və DOGE-nin fəaliyyətini davam etdirəcəyinə əmin olduğunu bildirib. “Tesla” şirkətinin yaradıcısı indi diqqətini dövlət xidmətində olduğu müddətdə itkilərə məruz qalan biznesin idarə edilməsinə yönəltmək niyyətindədir.
AzVision.az
Sahil İsgəndərov
AzVision.az