ABŞ-Çin danışıqları dalana dirənib

   ABŞ-Çin danışıqları dalana dirənib
  30 May 2025    Oxunub:615
Vaşinqton və Pekin arasında ticarət danışıqları çıxılmaz vəziyyətə düşüb və bunun həlli üçün iki dövlət liderləri arasında telefon danışığı tələb oluna bilər.
AzVision.az xəbər verir ki, ABŞ-nin Maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Hazırda Çinlə danışıqlar müəyyən dalana dirənib. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində onlarla daha çox danışıqlar aparacağıq. Zənnimcə, nə vaxtsa ABŞ prezidenti Donald Tramp və Çinin sədri Si Cinpin arasında telefon danışığı baş tuta bilər”, - Skott Bessent vurğulayıb.

Çin Tramp administrasiyasına nifaq salıb
Qeyd edək ki, mayın 10-11-də İsveçrədə ticari-iqtisadi məsələlər üzrə Çin-Amerika danışıqları baş tutub. Bunun nəticəsində tərəflər aprelin əvvəlində tətbiq olunan əlavə rüsumları mayın 14-dən başlayaraq 10%-ə endirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, fevralın əvvəllərində ABŞ Çindən bir sıra malların idxalına 10% məbləğində rüsumlar tətbiq edib, bir ay sonra isə bu dərəcəsi iki dəfə artırıb. Aprelin 2-də Tramp bir sıra ölkələr üçün “güzgü” tarifləri elan edərək, Pekin üçün rüsumları 54%-ə qaldırdı. Bir neçə raund artımdan sonra dərəcələr ABŞ tərəfdən Çin üçün 145%, Pekin tərəfdən Vaşinqton üçün 125% təşkil etmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Çin  





Xəbər lenti