MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

      MN:    Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
  30 May 2025    Oxunub:595
Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistan Müdafiə Nazirliyinin iddiaları ilə bağlı məlumat yayıb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır:

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır".

AzVision.az


Teqlər:





Xəbər lenti