Tramp Tayvanı silahlandırır

   Tramp Tayvanı silahlandırır
  30 May 2025    Oxunub:650
Birləşmiş Ştatlar Tayvana silah satışını Donald Trampın ilk prezidnetliyi dövründə qeydə alınan səviyyəni aşaraq əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, iki amerikalı məmura istinad edən “Reuters” agentliyinin yazdığına görə, bu addım öz ərazisi saydığı Tayvana hərbi təzyiqi artıran Çini cilovlamaq üçün Vaşinqtonun səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Mənbələrdən biri Taypeyə silah satışı ilə bağlı kəmiyyətin Trampın əvvəlki hakimiyyəti dövründəki rəqəmləri asanlıqla üstələyə biləcəyini vurğulayıb.

Planların reallaşacağı halda, Trampın Tayvanı müdafiə etmək öhdəliyi ilə bağlı narahatlıqları qismən aradan qalxa bilər. Amma, eyni zamanda, ABŞ və Çin arasında münasibətlərdə gərginliyin artması təhlükəsi də yaranır.

ABŞ rəsmiləri bildiriblər ki, Vaşinqton həmçinin hökumətin müdafiə büdcəsini ÜDM-in 3%-nə qədər artırmaq səylərinə mane olmamaq üçün Tayvanın müxalifət partiyalarının nümayəndələrinə təzyiq göstərir.

“Reuters” agentliyinin hesablamalarına görə, Trampın ilk prezidentliyi dövründə (2017-2021) ABŞ Tayvana təxminən 18,3 milyard dollar dəyərində silah satışını təsdiqləyib - bu, Co Bayden administrasiyası dövründəkindən (təxminən 8,4 milyard dollar) iki dəfə çoxdur.

Çindən Tayvana "ciddi xəbərdarlıq"
Rəsmi diplomatik əlaqələrin olmamasına baxmayaraq, ABŞ Tayvanı qabaqcıl silahlarla təmin edən əsas hərbi və siyasi tərəfdaş kimi qalır. Lakin Trampın etibarlılığına dair şübhələr Tayvanı narahat edir. Xüsusən də Tramp, Taypeyi “yarımkeçiriciləri oğurlamaqda” günahlandırdıqdan və seçki kampaniyası zamanı “müdafiə üçün pul ödəməyi” təklif etdikdən sonra bu narahatlıq daha da güclənib.

Bununla belə, Pekinin Tayvanla “yenidən birləşmə” üçün hərbi ssenarini istisna etməyən aqressiv ritorikası fonunda, ada Vaşinqtonla əlaqələri gücləndirməyə üstünlük verir. Aprel ayında Tayvanın Milli təhlükəsizlik üzrə müşaviri Cozef Vu ABŞ-də bağlı qapılar arxasında Trampın komandası ilə danışıqlar aparıb.

“The Washington Post (WP)” qəzetinin daha əvvəl yazdığına görə, Avropada və başqa yerlərdə “riskə getmək” tələbi yaransa belə, Çinin qarşısını almaq üçün Pentaqon resurslarını Tayvan ərazisində saxlamağa yönəltmək niyyətindədir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Tayvan   silahlandırmaq  





Xəbər lenti