Sədr müavini həmçinin növbəti illərdə keçirəlməsi planlaşdırılan işlər haqqında məlumat verib .
A) Dərin təhlil və milli qastronomiyaya elmi yanaşma
B) Qastronomiya tədrisinin bakalavr səviyyəsinə çardırılması istiqamətində işlərin görülməsi
C) Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi istiqamətində addımların atılması
D) Azərbaycan regional qastronomiya imkanlarının inkişaf etdirilməsi
Ötən dövr ərzində Azərbaycanı təmsil edən milli komanda yaradılıb və onun Dünya Kulinariya Olimpiadalarında iştirakı təmin olunub. Olimpiadalarda Azərbaycanı uğurla təmsil edən komanda gümüş və bürünc medallara layiq görülüb. Bununla bərabər, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində qastronomiya tədbirləri və dəyirmi masalar keçirilib. Azərbaycanın şərab turizminin inkişafı ilə bağlı keçirilən tədbirlər çərçivəsində isə regionlarda bir neçə dəfə üzüm və şərab festivalları təşkil olunub.

Azadə Hüseynova çıxışında qeyd edib ki, hal-hazırda onların qarşısında duran prioritet məsələ yerli aşpazların təşkilatlanması və bilik-bacarıqlarının artırılmasıdır. Ölkənin qastronomiya destinasiyası kimi həm ölkə daxilində , həm də ölkə xaricində təbliğatı və tanıtımı da növbəti illərdə qarşıda duran əsas vəzifələrdən biridir.

DTA-nın sədr müavini A.Hüseynova qarşıdakı illərdə Azərbaycan qastronomiyasının daha da inkişafı üçün həyata keçiriləcək layihələrdən də danışıb. Bildirib ki, Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi, ölkəmizin regionun qastronomiya mərkəzinə çevrilməsi əsas hədəflərdən biridir. Bunun üçün ilk növbədə yerli səviyyədə keçirilən yarışların regional səviyyəyə qaldırılması və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulub. Həmçinin qastronomiya sahəsinin liderlərinin regionlara səfəri, beynəlxalq tədbirlərdə milli mətbəxin konseptual tanıtımı təşkil olunacaq. Qastronomiya üzrə beynəlxalq əmtəə nişanlı turizm məhsullarının yaradılması da diqqət mərkəzində saxlanılacaq. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin qastronomiya potensialının araşdırılması və tanıtımı üçün sistemli tədbirlər təşkil olunacaq.
Sədr müavini söyləyib ki, milli mətbəx və qastronomiyanın Azərbaycan elmində mövqeyinin gücləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Millidadlar.az onlayn qastronomiya portalı çərçivəsində milli mətbəx və qastronomiyanın tarixi kökləri, həmçinin hekayələri ilə bağlı yeni konsepsiyanın hazırlanması istiqamətində addımlar atılacaq.
A.Hüseynova qeyd edib ki, Azərbaycanda qastronomiya ixtisasının bakalavr pilləsi olmadığı üçün növbəti illərdə bu istiqamətdə də müvafiq işlər görüləcək. Beləliklə, bu sahəyə maraq göstərən şəxslər beynəlxalq təcrübələrə və standartlara əsaslanaraq hazırlanmış proqram əsasında qastronomiya üzrə ali təhsilə yiyələnə biləcəklər.
Həmçinin o qeyd edib ki, milli mətbəx və milli qastronomiyanın Azərbaycan elmində mövqeyi gücləndirilir. AMEA ilə əməkdaşlıq və xarici ölkə təcrübələrinin öyrənilməsi buna təkan verir.
Millidadlar.az onlayn qastronomiya portalı çərçivəsində milli mətbəx və qastronomiyanın tarixi kökləri və hekayələri ilə bağlı yeni konsepsiyası hazırlanmışdır.
Tədbirdə DTA-da Qastroturizm bölümünün rəhbəri Səkinə Əsgərova təqdimatla çıxış edib.
Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.

AzVision.az