Makrona gülən İlon Maskın gözünü göyərtdilər I VİDEO

   Makrona gülən İlon Maskın gözünü göyərtdilər    I VİDEO
  31 May 2025    Oxunub:613
ABŞ Prezidenti Donald Trampla vida görüşü zamanı milyarder İlon Maskın gözünün kənarındakı göy ləkə diqqətdən yayınmayıb.
AzVision.az xəbər verir ki, “Ağ Evin qızıl açarı”nı alan Maska dərhal gözünün ətrafındakı ləkə bağlı sual ünvanlanıb. “Gözünüzə nə olub, yaxşısınızmı? Göyərdiyi üçün soruşuram...” jurnalistin sualına cavabında Mask arvadından şillə yeyən Emmanuel Makrona eyham vuraraq deyib: “Sizi əmin edirəm ki, Fransa tərəflərdə olmamışam”.

Mask iddia edib ki, gözü 5 yaşlı oğlu ilə oyun oynayan vaxt zədələnib: “Dedim ki, gəl mənə bir yumruq vur, o da etiraz etmədi”.

ABŞ prezidenti Donald Tramp köməkçisinin sözlərinin doğruluğunu təsdiqləyərək onu müdafiə etməyə çalışıb: “Düz deyir, əgər siz X-i (Maskın oğlunun adı belədir) tanısanız, bilərsiniz ki, bu doğrudur”.



M. Həsənli
AzVision.az



Teqlər:





Xəbər lenti