Fransa mətbuatı azərbaycanlıların rəşadətindən yazıb

Fransa mətbuatı azərbaycanlıların rəşadətindən yazıb
  31 May 2025    Oxunub:733
Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı partizanlar İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə mühüm rol oynamış qəhrəmanlar sırasındadırlar.
AzVision.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın və səfirliyin bir neçə diplomatının faşizm üzərində qələbənin 80 illiyi ilə əlaqədar azərbaycanlı əsgərlərin xatirəsini yad etmək üçün Fransanın Aveyron departamentinin Rodez şəhərinə səfərləri yerli mətbuatda geniş işıqlandırılıb, səfərlə bağlı bir neçə məqalə dərc olunub. Səfər zamanı azərbaycanlı əsgər Mişel Hüseynovun məzarı ziyarət edilib.

Məqalələrdə “Souvenir français” təşkilatının Rodez şəhəri üzrə komitəsinin prezidenti, Aveyron departamentindəki müqavimət hərəkatı ilə bağlı kitabların müəllifi, tarixçi Vənsan Bezombun partizan hərəkatı, azərbaycanlı əsgərlərin şücaəti haqqında tədqiqatları haqqında məlumatlar yer alıb.


Fransanın azadlığı uğrunda canlarından keçmiş azərbaycanlı əsgərlər xatırlanıb, 1943-cü ildə Aveyron departamentinə faşistlər tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlərin Bürlup kazarmasına yerləşdirildiyi vurğulanıb. Əsir götürülmüş azərbaycanlıların gizli yollarla fransız partizanlara qoşulduqları vurğulanıb.

Onların Fransa Müqavimət Hərəkatına qoşulmasından xəbər tutan faşistlər Bürlup kazarmasında qalan azərbaycanlı əsgərləri güllələyiblər. Buna baxmayaraq, bəzi əsgərlər partizanlara qoşulmağa nail olublar və Fransanın azadlığı uğrunda mübarizə aparıblar.

AzVision.az


Teqlər: Fransa   azərbaycanlılar   rəşadət  





Xəbər lenti