Bakıda voleybol festivalı keçiriləcək

Bakıda voleybol festivalı keçiriləcək
  31 May 2025    Oxunub:675
İyunun 1-də Dənizkənarı Milli Park ərazisində Voleybol Festivalı baş tutacaq.
AzVision.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək festival Bakı ilə yanaşı, bölgələrdə də təşkil olunacaq. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandalar iştirak edəcəklər. Onlar arasında simvolik yarışlar və müxtəlif oyunlar baş tutacaq.

Festivalın məqsədi uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.

AzVision.az


Teqlər: Bakı   voleybol   festival  





Xəbər lenti