Aİ Rusiya-Çin münasibətlərindən narahatdır - VİDEO

   Aİ Rusiya-Çin münasibətlərindən narahatdır    - VİDEO
  31 May 2025    Oxunub:649
Avropa İttifaqının (Aİ) Xarci İşlər və Təhlükəszilik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Ukraynada davam edən silahlı münaqişə fonunda Rusiya ilə Çin arasında münasibətlərin möhkəmlənməsindən narahatdır.
AzVision.az bu barədə məlumat yayan “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, Kaya Kallas Rusiya-Çin münasibətlərini dövrümüzün ən böyük problemi adlandırıb.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Pekin və Moskva “son 100 ildə görünməmiş əsas dəyişikliklərdən və beynəlxalq təhlükəsizliyin yenidən müəyyənləşdirilməsindən” danışanda bu, “həddən artıq narahatlığa” səbəb olur.

Mayın 18-də xanım Kallas Çini Ukraynadakı münaqişədə Rusiyanın “əsas tərəfdaşı” adlandıraraq, Aİ-nin bu məsələ ilə bağlı Pekinə müraciətlərinin nəticə vermədiyindən şikayətlənib.

Daha sonra Kallas vurğulayıb ki, o, 1940-cı ildə Sovet İttifaqının “işğalından” sonra Estoniyanın başına gələn kimi “heç kəs əzaba düçar olmasın” deyə “Rusiyaya qarşı aydın xətt çəkir”.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Çin  





Xəbər lenti