İsveç Baltik dənizində nəzarəti gücləndirmək niyyətindədir

İsveç sahil mühafizəsi və dəniz administrasiyası iyulun 1-dən etibarən həm limana daxil olan, həm də İsveç sularından və ya iqtisadi zonadan keçən gəmilərdən sığorta məlumatlarını toplaya biləcək.
"Biz bunun Rusiyanın kölgə donanmasının bir hissəsi olan gəmilərə qabaqlayıcı, çəkindirici təsir göstərəcəyinə və digər tədbirlərin görülməsi, məsələn, daha çox gəmiyə sanksiyaların tətbiq edilməsi üçün əsas olacağına ümid edirik", - o qeyd edib.
Nazirin sözlərinə görə, gəmilərin sığorta haqqında suala cavab verməsi məcburi olmasa da, cavabların olmaması onlara daha diqqətlə nəzarət edilməsinə səbəb ola bilər.
AzVision.az
Teqlər: