Erməni müxalifəti Trampa qarmaq atdı

   Erməni müxalifəti Trampa qarmaq atdı
  01 İyun 2025    Oxunub:883
Ermənistanın müxalif Milli Demokratik Alyans (MDA) partiyası ABŞ-nin “Sovereign Global Solutions” (SGS) lobbiçilik şirkəti ilə müqavilə bağlayıb. Bu lobbi təşkilatı ABŞ-nin xristian mühafizəkarlarına Respublikaçılar Partiyasına yaxınlığı ilə seçilir.
Fransa xüsusi xidmət oranlarının ruporu olan “Intelligence Online” saytının məlumatına görə, məqsəd Tramp Adminstrasiyasının dəstəyini qazanmaq və Rusiyanın Ermənistana təsirini azaltmaqdır.

Əməkdaşlıq Amerikadakı erməni diaspor təşkilatlarının köməyilə qurulub.

Bundan qabaq MDA-nın şəxsində erməni müxalifəti ABŞ-nın Demokratlar Partiyası ilə də əlaqə yaratmağa çalışırdı. Amma Tramp hakimiyyətə gələndən sonra prioritetləri dəyişdi.

Jirayr Səfilyanın rəhbərlik etdiyi partiya həmçinin Avropada da aktiv şəkildə tərəfdaşlar axtarır. Əsas məqsəd kimi Rusiyanı Güney Qafqazdan sıxışdırmaq göstərilir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Ermənistan   ABŞ  





Xəbər lenti