Modi Kanadadan inciyib - VİDEO

   Modi Kanadadan inciyib    - VİDEO
  02 İyun 2025    Oxunub:1221
Hindistanın baş naziri Narendra Modi son altı ildə ilk dəfə bu il Kanadada keçiriləcək “Böyük Yeddilik” qrupunun (G7) sammitini buraxa bilər.
AzVision.az xəbər verir ki, “India Today” telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, Kanada iyunun 15-dən 17-dək Kananaskis kurort zonasında (Alberta əyaləti) keçiriləcək sammitə hələ Hindistana rəsmi dəvət göndərməyib. Hətta dəvət alınsa belə, Modinin G7 sammitində iştirak edəcəyi ehtimalı azdır.

“Əsas səbəb Nyu-Dehli ilə Ottava arasında həll olunmamış fikir ayrılıqları, o cümlədən Kanada hökumətinin Hindistan Pəncabında müstəqil Xalistan dövlətinin yaradılmasını müdafiə edən sikx separatçılarının fəaliyyəti ilə bağlı mövqeyidir”, - məlumatda vurğulanır.

Xatırladaq ki, Kanadanın keçmiş baş naziri Castin Trüdonun 2023-cü ilin sentyabrında verdiyi açıqlamalardan sonra iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşib. Trüdo Hindistanın kəşfiyyat orqanlarını Xalistan ideyasının tərəfdarı, Kanada vətəndaşı Hardip Sinqh Nicarın qətlində əli olmaqda ittiham edib. Bu, diplomatik qalmaqala və diplomatların qarşılıqlı qovulmasına səbəb oldu.

Modi ilə Trüdo arasında son görüş ötən ilin iyununda İtaliyada keçirilən G7 sammiti çərçivəsində baş tutub, lakin münasibətlərin normallaşması üçün konkret addımlar atılmayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Modi   Kanada   inciklik  



Xəbər lenti