“Memorandum əvvəlcə bağlı qapılar arxasında Ukrayna tərəfinə verilib. Daha sonra müzakirə aparılıb. Bizə təhvil verilən Ukrayna sənədi danışıqlar başlamamış dərc olunub. Bundan sonra bizim tərəf də öz variantını dərc etmək qərarına gəldi”, - Kremlin sözçüsü deyib.
İstanbuldakı danışıqları şərh edən rusiyalı məmur bildirib ki, “təcili qərar və ya irəliləyiş gözlənilmir” və burada dərhal qərar və ya irəliləyiş gözləmək əslində düzgün olmazdı.
- Amma iş gedir. İstanbulda müəyyən razılaşmalar əldə olundu, bunlar vacibdir. Doğrudan da, ilk növbədə, insanlardır. Bu razılaşmalar həyata keçiriləcək”, - Dmitri Peskov vurğulayıb.
|
| WSJ: “Ukrayna münaqişəsi təhlükəli dövrə qədəm qoyur” - VIDEO |
Putinin mətbuat katibinin sözlərinə görə, Moskvanın Vaşinqtonla əlaqə kanalları var və onlardan lazım gəldikdə, o cümlədən Kiyevlə danışıqların gedişi barədə məlumat vermək üçün istifadə olunur.
Xatırladaq ki, dünən İstanbulda keçirilən danışıqlardan sonra Rusiya və Ukrayna son üç ildə ən böyük hərbi əsir mübadiləsini təşkil etmək barədə razılığa gəliblər. Gələn həftə Rusiya tərəfi 6 min həlak olmuş ukraynalı hərbçinin cəsədini Kiyevə təhvil vermək niyyətindədir. Tərəflər həmçinin atəşkəs haqqında memorandum mübadiləsi aparıblar
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


