Aİ və Ukrayna üçün ən pis ssenari açıqlanıb - VİDEO

   Aİ və Ukrayna üçün ən pis ssenari açıqlanıb    - VİDEO
  04 İyun 2025    Oxunub:1171
Avropalı məmurlar Ukrayna, Aİ iqtisadiyyatı və regional təhlükəsizliklə bağlı məsələlərdə hadisələrin inkişafı üçün “ən pis ssenarilər”i hazırlayıblar.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times (FT)” qəzetinin yazdığına görə, bu ssenarilərə Amerikanın Ukraynaya dəstəyinin tamamilə dayandırılması, kəşfiyyat fəaliyyətinə son qoyulması və avropalıların ABŞ-dən aldığı silahların Kiyevə verilməsinə qadağa qoyulması daxildir.

“Bundan başqa, Aİ iqtisadi artım üçün zərərli nəticələri olan “tam miqyaslı ticarət müharibəsi”ndən, eləcə də ABŞ qoşunlarının Avropadan sürətlə çıxarılmasından qorxur”, - məlumatda deyilir.

Bundan əvvəl “Axios” portalının yazdığına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası diqqətini Ukraynadakı münaqişədən Çinlə rəqabətə yönəltmək fürsətini səbirsizliklə gözləyir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   ssenarilər  



Xəbər lenti