Azərbaycanlı əsgərlərə silah tuşlayan erməni saxlanılıb

   Azərbaycanlı əsgərlərə silah tuşlayan erməni saxlanılıb
  04 İyun 2025    Oxunub:1187
Ermənistanda 32 yaşlı kişi Azərbaycan hərbçilərinin postlarına pnevmatik tapança tuşladığına görə saxlanılıb.
AzVision.az erməni mediasına istinadə xəbər verir ki, Ermənistanın Teh icmasının inzibati ərazisində yerləşən şərti sərhəddə “Nissan” markalı avtomobilin sürücüsü silahı Azərbaycan əsgərlərinə tuşlayıb. Əməliyyat yoxlamasından sonra polis Gorusda 32, 45 və 21 yaşlı üç kişini saxlayaraq şöbəyə aparıb.

32 yaşlı Eçmiədzin sakininin sözlərinə görə, o, pnevmatik tapançanı çıxararaq Azərbaycan mövqelərinə tuşlayıb. Kişi bunu qəzəbindən, hərbçiləri “qorxmaq üçün” etdiyini deyib.

Ermənistanın İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıldığını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   erməni   saxlanma  



Xəbər lenti