Çin “Boeing”in əvəzinə “Airbus”ı seçir
“Sifarişin əhəmiyyətli hissəsini geniş gövdəli “Airbus”lar təşkilı edəcək. Sifarişin həcmi 500 təyyarəyə çatarsa, bu, dünyanın və Çinin ən böyük sifarişlərindən biri olacaq”, - mənbələr bildiriblər.
Qeyd edək ki, 2022-ci ildə Çin artıq “Airbus” şirkətindən 37 milyard dollar dəyərində 300-ə yaxın təyyarə sifariş edib.
Bununla belə, “Bloomberg” agentliyinin mənbələri potensial sövdələşmə üzrə danışıqların hələ ilkin mərhələdə olduğunu və onların uğurlu keçəcəyinə zəmanətin olmadığını söyləyirlər. Müqavilə bağlanarsa, bu, “Airbus” şirkətinin dünyanın ən böyük mülki aviasiya bazarlarından birində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Xatırladaq ki, 1960-cı illərin sonlarında bir neçə Avropa təyyarə istehsalçısının birləşməsi nəticəsində yaranan “Airbus” şirkəti dünyanın ən böyük təyyarə istehsalçılarından biri kimi sərnişin, yük və hərbi nəqliyyat təyyarələri istehsal edir.
Şirkət “Avropa” təyyarə istehsalçısı hesab edilsə də, qanuni olaraq baş ofisi Blanyakda (Fransa, Tuluza şəhəri) yerləşən fransız qurumudur. 2001-ci ildə Fransa qanunlarına əsasən səhmdar cəmiyyəti və ya “S.A.S.” (Fransızca: Société par Actions Simplifiée - sadələşdirilmiş səhmdar cəmiyyəti) kimi birləşdirilib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Çin təyyarələr







Vaxtında, Aydın, Lazımlı!


