ABŞ-də İran silahlarını husilərə ötürən şəxs mühakimə olunub
Məlumata görə, 49 yaşlı Məhəmməd Pəhləvan ötən ilin yanvarında Ərəb dənizində raket hissələri və döyüş başlığı daşıyan bayraqsız bir gəminin ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılmasından sonra həbs edilib.
Bildirilib ki, Məhəmməd Pəhləvan İrandan Yəmənə silah daşımaq üçün SEPAH-a bağlı olan iki İran vətəndaşı ilə işləyib. O, husilərə maddi dəstək verməkdə və İranın kütləvi qırğın silahlarını yaymaq da daxil olmaqla bir çox ittihamlarla mühakimə olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


