Los-Ancelesdə iğtişaşlar qızışıb - VİDEO

   Los-Ancelesdə iğtişaşlar qızışıb    - VİDEO
  09 İyun 2025    Oxunub:1583
ABŞ prezidenti Donald Trampın Milli Qvardiya bölmələrinin Los-Ancelesə yeridilməsinə göstəriş verməsindən sonra şəhərdə dinc etirazlar kütləvi iğtişaşlara çevrilib.
AzVision.az “Sky News” telekanalına istinadən xəbər verir ki, Los-Anceles şəhərinin mərkəzində yandırmalar və döyüşlər başlayıb.

Etirazçılardan biri əlində Meksika bayrağı ilə yanan avtomobilin üzərinə çıxıb. Eyni zamanda, digər etirazçılar alova yol qozaları atıb, nağara çalıb və immiqrasiya orqanlarına qarşı şüarlar səsləndiriblər.

Xatırladaq ki, iyunun 8-də ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri müəyyən etmək üçün keçirdiyi reyd etirazçılarla toqquşmaya çevrilib. Ağ Ev rəsmiləri Los-Anceles etirazlarını “qanunlara qarşı üsyan” kimi qiymətləndiriblər.

Mask yenidən Trampı dəstəklədi - VİDEO
ABŞ prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusomu və Los Angelesin meri Karen Bassı vəziyyətə nəzarət edə bilməməkdə günahlandırıb. Nyusom, öz növbəsində, ABŞ prezidentinin etirazları dağıtmaq üçün Los-Ancelesə iki min Milli Qvardiya əsgərini göndərmək qərarını “qəsdən təhrik” adlandırıb.

Maraqlıdır ki, son günlər Donald Trampa qarşı sərt ittihamlar irəli sürən milyarder İlon Mask sözügedən hadisələrlə bağlı ABŞ prezidentinin mövqeyini dəstəkləyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Los-Anceles   iğtişaşlar  



Xəbər lenti