Ərdoğan və Trampın görüşü gözlənilir

   Ərdoğan və Trampın görüşü gözlənilir
  10 İyun 2025    Oxunub:1190
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 24-25-də Niderlandın Haaqa şəhərində NATO sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşəcək.
"Milliyet" qəzetinin xəbərinə görə, tərəflər qarşılıq mövzularla yanaşı əsasən Ukraynadakı müharibə ilə əlaqədar müzakirə aparacaqlar. Bu, Donald Trampın ikinci prezidentliyi dövründə Türkiyə lideri ilə ilk görüşü kimi tarixə düşəcək.

Onlar, eyni zamanda, Türkiyəyə qarşı sanksiyaların ləğvi, "F-35" hərbi təyyarələrinin rəsmi Ankaraya satışı barədə də danışacaqlar. Qəzza zolağında və Suriyada cari vəziyyət də görüşün gündəmindədir.

Məlumat üçün bildirək ki, NATO alyansının Haaqada keçiriləcək sammiti Rusiya-Ukrayna müharibəsinə, habelə Avropanın təhlükəsizliyi məsələsinə fokuslanacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   prezident   NATO   görüş  



Xəbər lenti