Hindistanda baş verən təyyarə qəzası ilə bağlı açıqlama yayılıb

Hindistanda baş verən təyyarə qəzası ilə bağlı açıqlama yayılıb
  12 İyun 2025    Oxunub:612
Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğradığı ərazidə təxminən 50 nəfər xəsarət alıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qucarat ştatının Səhiyyə və Sosial Təminat Departamentinin rəis müavini Dhanancay Dvivedi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, təyyarə tibb kollecinin yataqxanası, ştat xəstəxanasının işçi heyətinin binası və digər binaların yerləşdiyi yaşayış rayonuna düşüb.

"Bu rayonun sakinləri xəsarət alıblar. Təxminən 50 yaralı Əhmədabad xəstəxanalarına çatdırılıb", - rəis müavini qeyd edib.

D.Dvivedinin sözlərinə görə, bəzi yaralıların vəziyyəti stabil ağırdır.

AzVision.az



Teqlər:



Xəbər lenti