Ərdoğan: "İsrailin İrana hücumu region üçün ciddi riskdir"
Ərdoğan bu fikri Oman sultanı Heysem bin Tarık bin Teymur Əl Said ilə telefon danışığı zamanı səsləndirib.
Türkiyə lideri hücumların nüvə sazişi üzrə danışıqların altıncı raundu ərəfəsində baş verməsinə diqqət çəkib və nüvə mübahisəsinin yeganə həll yolunun diplomatik danışıqlar olduğunu qeyd edib.
Türkiyə Prezidenti əlavə edib ki, baş verən son hadisələr beynəlxalq ictimaiyyətin diqqətini Qəzza zolağında davam edən humanitar böhrandan yayındırmamalıdır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


