Türkiyə raket istehsalını artıracaq

   Türkiyə raket istehsalını artıracaq
  17 İyun 2025    Oxunub:878
İsrail-İran münaqişəsi fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məmurlara orta və uzaq mənzilli raketlərin istehsalını artırmağı tapşırıb.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyi belə məlumat yayıb.

“Bu addım İsrail və İranın beşinci gün atəşkəs mübadiləsi aparması, müharibənin neftlə zəngin Yaxın Şərqdəki digər ölkələrə də sirayət edə biləcəyi qorxusunun artdığı vaxta təsadüf edir. Bir neçə geosiyasi alovlanma nöqtəsi ölkələri son aylarda müdafiə xərclərini artırmağa sövq edib və Türkiyə silahlanma yarışının bir hissəsi olmaq istəyir”, - agentliyin dərc etdiyi materialda bildirilir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranı gizli hərbi nüvə proqramını həyata keçirməkdə ittiham edərək ona qarşı hərbi əməliyyata başlayıb. Təxribat qruplarının hava bombardmanlarının və hücumlarının hədəfi nüvə obyektləri, generallar, tanınmış nüvə fizikləri, hava bazaları, hava hücumundan müdafiə sistemləri və yer-yer raketləri olub.

Həmin gündən İsraillə İranın bir-birinin ərazilərinə qarşılıqlı hava zərbələri səngimir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Türkiyə   raketlər   istehsal  



Xəbər lenti