Si Cinpin ilk dəfə İran-İsrail münaqişəsinə münasibət bildirib

Si Cinpin ilk dəfə İran-İsrail münaqişəsinə münasibət bildirib
  17 İyun 2025    Oxunub:602
Çin Xalq Respublikasının Sədri Si Cinpin İsrailin İrana qarşı hərbi əməliyyatından sonra Yaxın Şərqdə gərginliyin artmasından dərin narahatlıq keçirdiklərini bəyan edib.
AzVision.az xəbər verir ki, O, bu fikirləri Astanada Mərkəzi Asiya ölkələri ilə keçirilən sammit çərçivəsində çıxışı zamanı səsləndirib. Si Cinpin bildirib ki, Çin digər ölkələrin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozan istənilən hərəkətə qarşıdır.

“Bütün tərəflər gərginliyin tez bir zamanda azaldılması və vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün çalışmalıdır”, – deyə o vurğulayıb. Si Cinpin əlavə edib ki, Çin Yaxın Şərqdə sülh və sabitliyin bərpasında konstruktiv rol oynamağa hazırdır.

Pekin İsrailin İranın nüvə obyektlərinə zərbələrini “təhlükəli addım” adlandırıb.

AzVision.az



Teqlər:



Xəbər lenti