İranda indiyədək vurulan obyektlərin sayı açıqlanıb

   İranda indiyədək vurulan obyektlərin sayı açıqlanıb
  18 İyun 2025    Oxunub:1021
İsrail Hərbi Hava Qüvvələri cümə günündən bəri İran ərazisinə endirdiyi aviazərbələr nətiəsində 1100-dən çox obyekti sıradan çıxarıb.
Bu barədə İsrail Ordusunun mətbuat xidmətinin sözçüsü Effi Defrin jurnalistlərə açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, İrandakı nüvə təhlükəsini zərərsizləşdirmək məqsədilə sistematik iş görülür.

"Aviazərbələr nəticəsində İranın ballistik raketlərinə, hava hücumundan müdafiə sistemlərinə dəyən əhəmiyyətli zərəri getdikcə dərinləşdirir", - o deyib.

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   münaqişə  



Xəbər lenti