İsrailin antiraketləri bitmək üzrədir – “WSJ”

   İsrailin antiraketləri bitmək üzrədir –    “WSJ”
  18 İyun 2025    Oxunub:1557
İsrailin ballistik raketləri uzaq məsafədə zərərsizləşdirmək üçün istifadə etdiyi “Arrow” HHM sistemlərinin antiraket ehtiyatı tükənmək üzrədir. Bu isə yəhudi dövlətini İranın ballistik raketlərinin qarşısında əliyalın qoya bilər.
“The Wall Street Journal” ABŞ hökumətindəki mənbəyə istinadən yazır ki, Vaşinqton problemdən xəbərdardır. Son bir neçə ayda İsrailə həmin raketlərin tədarükü üçün xeyli iş görülüb. Amma hərbi əməliyyatlar başlayandan sonra ehtiyatlar sürətlə tükənməkdədir.

“Arrow” sistemində istifadə olunan “Arrow 2” və “Arrow 3” raketlərini İsrail və ABŞ birlikdə yaradıblar. Bu sistem 2024-cü ilin aprelin 14-də və oktyabrın 1-də İranın İsrailə raket hücumlarının qarşısını uğurla ala bilib.

Samir Quliyev
AzVision.az


Teqlər: İsrail-İran   Müharibə  



Xəbər lenti