Məlumata görə, o, İsraillə sərhədboyu toqquşmalar dövründə ölkənin şimalına çoxsaylı raket hücumlarının həyata keçirilməsindən cavabdehdir. Terror rəhbəri, eyni zamanda, keçən il bütün qüvvələri sıradan çıxarılan "Hizbullah"ın artilleriya qüvvələrinin canlandırılmasına, hücumların yenidən təşkilinə cəhd göstərib.
"Onun hərəkətləri nəticəsində İsrail və Livan arasında anlaşmazlıqlar yaranıb", - məlumatda vurğulanıb.
|
| WSJ: "Livan "Hizbullah"ın silahını əlindən alır" |
Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


