Times of Israel: "ABŞ sülh istəyir"

    Times of Israel: "ABŞ sülh istəyir"
  30 İyun 2025    Oxunub:1144
"İsrailin strateji işlər naziri Ron Dermer sabah Vaşinqtona səfəri çərçivəsində keçirəcəyi görüşlərdə Qəzza zolağında müharibənin başa çatdırılması üçün Tramp hökumətinin təzyiqi ilə üzləşəcək".
Bu sözləri ABŞ hökumətinin adı çəkilməyən rəsmi nümayəndəsi, həmçinin məsələdən məlumatlı ərəb diplomat "Times of Israel" xəbər saytına açıqlamada dilə gətiriblər. Onlar diqqətə çatdırıblar ki, Qəzzada İsrail-HƏMAS müharibəsinin həlli üzrə vasitəçi tərəflər (ABŞ, Qətər və Misir) "bir neçə məsələdə qalan boşluqları aradan qaldırmaq məqsədilə" İsrailin Qahirəyə nümayəndə heyəti göndərməsini gözləyirlər.

"Hərçənd Baş nazir Benyamin Netanyahu belə bir addım atmaq istəmir, əksinə, Vaşinqtonu bu tələbindən döndərmək naminə Ron Dermeri oraya danışıqlara göndərir", – müsahiblər sayta bildiriblər.

Onların sözlərinə görə, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı da "daimi sülh" tələbi irəli sürür. Eyni zamanda, ərəb ölkələrindən vasitəçilərin dəstəyi ilə Qəzza zolağına humanitar yardımın paylanmasından ötrü yeni sistemin yaradılmasını istəyir.

"Ərəb ölkələrinin vasitəçiləri dünən axşam baş tutan ali səviyyəli nazirlər görüşündə İsrailin Qahirəyə nümayəndə heyəti göndərməyə razılaşacağına ümidli idilər. Halbuki görüş nəticəsiz qurtardı", – qəzet yazır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   HƏMAS   danışıqlar  



Xəbər lenti