ABŞ THAAD sistemlərinin 1/4-ni İran üçün işlədib

   ABŞ THAAD sistemlərinin 1/4-ni İran üçün işlədib
  28 İyul 2025    Oxunub:1497
"ABŞ Hərbi Hava Qüvvələri iyunun 13-dən 25-dək müharibədə İsrailə dəstək çərçivəsində özünün "Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi" (THAAD) sistemlərinin 25%-ni İrandan İsrailə atılan raketləri zərərsizləşdirmək məqsədilə əldən çıxarıb".
Məsələdən xəbərdar iki adı çəkilməyən mənbənin "CNN" telekanalına verdiyi məlumata görə, bu, 100-150 THAAD ballistik raketi deməkdir ki, hər birinin qiyməti 12,7 milyon dollardır.

"Maraqlıdır ki, ABŞ ötən il cəmi 11 THAAD raketinin istehsalını həyata keçirib. Bu il də cəmi 12 THAAD-ın istehsalı nəzərdə tutulur", – "CNN" bildirir.

Telekanal, eyni zamanda, Amerikanın Milli Təhlükəsizliyi üzrə Yəhudi İnstitutunun (JINSA) hesabatına istinadən diqqətə çatdırıb ki, 12 günlük müharibə ərzində İran raketlərinin təxminən yarısı məhz THAAD-lar vasitəsilə sıradan çıxarılıb. Qalan raketlər isə İsrailə məxsus "Arrow-2" və "Arrow-3" müdafiə sistemləri ilə vurulub.
İranda iki ABŞ vətəndaşı saxlanılıb

JINSA-nın məlumatında həmçinin bildirilib ki, İran müharibə dövründə İsrail ərazisinə doğru ümumilikdə 500-dən çox raket buraxıb. Onlardan 201-i zərərsizləşdirilib. Hücumlar nəticəsində İsraildə 29 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. İki universitet, bir xəstəxana və 240 binada 2305 mənzilə ziyan dəyib. 13 mindən çox israilli öz yurd-yuvasından didərgin düşüb. İran ərazisində isə bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb, həmçinin yüzlərlə insan həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   THAAD   müharibə  



Xəbər lenti