Tramp: "Aİ Qəzzaya əlavə yardım göndərəcək"

    Tramp:    "Aİ Qəzzaya əlavə yardım göndərəcək"
  28 İyul 2025    Oxunub:874
"Avropa İttifaqı (Aİ) Qəzza zolağına əlavə humanitar yardımın göndərilməsinə qərar verib".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Şotlandiyada özünün qolf mərkəzində Britaniyanın Baş naziri Kir Starmerin görüşün ardınca mətbuat konfransında dilə gətirib. O diqqətə çatdırıb ki, Qəzza zolağına yardım axınının artırılmasına töhfə verməsi üçün Starmerə xahiş ünvanlayıb.

"Məsələ üzrə İsrailin hökumət nümayəndələri ilə də danışmışam, vəziyyətdən fərqli çıxış yolunu tapmağın vacibliyini onların diqqətinə çatdırmışam", – Tramp vurğulayıb.
Starmer Trampla görüşəcək

Məlumat üçün bildirək ki, Kir Starmer ölkə daxilində Qəzzada müharibənin başa çatdırılması ilə əlaqədar təzyiqlə üzləşib. Britaniya hökuməti "Fransanın yolu ilə gedərək" Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaqla bağlı ona açıq çağırışlar ünvanlayır. Belə bir şəraitdə Starmerin Tramp qarşısında müharibənin dərhal qurtarması, Qəzzaya humanitar yardım çatdırılması və əsirlərin azadlığa buraxılması üzrə tələb qoyduğu deyilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Britaniya     Qəzza   yardım  



Xəbər lenti