İrəvan Rusiya ermənilərinin liderini də hədəfə aldı

İrəvan Rusiya ermənilərinin liderini də hədəfə aldı
  29 İyul 2025    Oxunub:1007
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Rusiya erməniləri ittifaqının (REİ) rəhbəri Ara Abramyana məxsus torpaq sahəsinin müsadirə edilməsi barədə qərar çıxarıb.
AzVision.az “Datalex” məhkəmə-hüquq informasiya portalında yerləşdirilən məlumata istinadən xəbər verir ki, söhbət İrəvanın mərkəzində keçmiş “Uşaq aləmi” univermağının binasının yaxınlığındakı 2860 kvadratmetrlik ərazidən gedir.

Bu ərazi Ara Abrahamyanla əlaqəli “Soqlasie-Armenia” şirkətindən alınaraq İrəvan icmasının mülkiyyətinə verilib.

Prokurorluğun məlumatına görə, ərazinin özəlləşdirilməsi qanun pozuntusu ilə həyata keçirilib. Şirkət isə iddianı onların qanuni mülkiyyət hüququndan qeyri-qanuni məhrum etmək cəhdi kimi qiymətləndirir.

Daha əvvəl 2024-cü ilin oktyabrında keçmiş “Uşaq aləmi” ərazisində “Soqlasie-Armenia” şirkəti tərəfindən çəkilmiş kommunikasiyaların sökülməsinə başlanıldığı açıqlanmışdı. Məhkəmə, xüsusən də mülkiyyət hüququnun qeydiyyatının etibarsız sayılması barədə vəsatəti təmin edib. Qərar bir aydan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, Ara Abramyan dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid edib. İyulun ortalarında o bildirib ki, Paşinyan baş nazir postundan getməli, ya da növbəti seçkilərdə iştirak etməməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Abramyan  



Xəbər lenti