İsraillin XİN rəhbəri BMT sessiyasına qoşulacaq

İsraillin XİN rəhbəri BMT sessiyasına qoşulacaq
  04 Avqust 2025    Oxunub:970
İsrailin xarici işlər naziri Gideon Saar Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının xüsusi sessiyasında iştirak məqsədilə bu gün ABŞ-nin Nyu-York şəhərinə yollanacaq.
Bu barədə nazir özü Qüds şəhərində keçirdiyi mətbuat konfransında məlumat verib. O diqqətə çatdırıb ki, qoşulacağı xüsusi sessiyada Qəzza zolağında Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı tərəfindən saxlanılan əsirlərin taleyi üzrə müzakirələr aparılacaq.
Vitkof Qəzzada səfərdədir

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof ötən günlərdə İsrailə və Qəzza zolağına səfəri baş tutmuşdu. O, Baş nazir Benyamin Netanyahu ilə görüşmüş, həmçinin Qəzzadakı humanitar yardım mərkəzlərini nəzərdən keçirmiş, yerli sakinlərlə söhbətləşmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   BMT   sessiya   əsirlər  



Xəbər lenti