"Rusiya Ukraynadakı münaqişənin həlli məsələlərində ABŞ-la daimi təmaslarını davam etdirir"

 "Rusiya Ukraynadakı münaqişənin həlli məsələlərində ABŞ-la daimi təmaslarını davam etdirir"
  05 Avqust 2025    Oxunub:776
Rusiya Ukraynadakı münaqişənin həlli məsələlərində ABŞ-la daimi təmaslarını davam etdirir, Kiyevlə isə dialoq yalnız mübadilə məsələləri üzrə aparılır.
AzVision.az xəbər verir ki, bunu Lenta.ru-ya müsahibəsində Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib. Deputatın sözlərinə görə, Moskva ilə Vaşinqton arasında müəyyən danışıqlar xətləri var və qarşılıqlı fəaliyyət davam edir. Xüsusilə, o xatırladıb ki, yaxın vaxtlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun səfəri gözlənilir və o, vəziyyəti müzakirə etmək üçün gələcək.

Bununla yanaşı, Çepa Ukrayna ilə pərdəarxası təmasların olmadığı fikrini bildirib. Onun sözlərinə görə, Kiyevlə müntəzəm təmaslar yalnız İstanbul razılaşmaları, o cümlədən hərbi əsirlərin mübadiləsi ilə bağlı məsələlərlə məhdudlaşır.

AzVision.az


Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti