Ermənistan BƏƏ ilə saziş imzalayacaq

   Ermənistan BƏƏ ilə saziş imzalayacaq
  07 Avqust 2025    Oxunub:1054
Ermənistan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında xidmət ticarəti və investisiyalar üzrə saziş imzalanacaq.
Ermənistan mətbuatının yaydığı məlumata görə, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında verilib. İmzalanacaq sazişə əsasən, İrəvan BƏƏ şirkətlərinə kənd təsərrüfatı, mühəndis-texniki konsultasiya, səhiyyə və təhsil sahələrində güzəştlər verəcək. BƏƏ isə, öz növbəsində, Ermənistandakı şirkətlər üçün İT və telekommunikasiya, elmi-texniki konsultasiya və avadanlıqların təmiri sahələrində imtiyazlar tanıyacaq. Hüquq, mühasibat və tikinti xidmətləri çərçivəsində də müəyyən həcmdə güzəştlər nəzərdə tutulur.

Ötən günlərdə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə BƏƏ arasında tərəfdaşlıq sazişi imzalanarkən rəsmi İrəvan və Əbu-Dabi sözügedən ayrıca ikitərəfli sazişi bağlamaq barədə razılığa gəlib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   BƏƏ   saziş  



Xəbər lenti