İsrailli deputat: "Qəzzaya yardım adı ilə silah göndərilir"
"Axı kimsə həmin yardım paketlərini yoxlayırmı? Artıq hamıya məlumdur ki, onların daxilində sursat gizlədilir", – deputat vurğulayıb.
Saada, eyni zamanda, söyləyib ki, İsrailin bütün Qəzza zolağını nəzarətə götürməsi "müharibə qələbənin yeganə yoludur".
Xatırladaq ki, avqustun 7-də İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib. Əksər ölkələr bu addımı qınayaraq, fəlakətli nəticələrə gətirib çıxaracağını bildirib.
Firudin Həmidli
AzVision.az
Teqlər: İsrail Qəzza yardım silah iddia







Vaxtında, Aydın, Lazımlı!


