Ermənistan-ABŞ hərbi təlimləri başlayır

   Ermənistan-ABŞ hərbi təlimləri başlayır
  12 Avqust 2025    Oxunub:1011
Ermənistan və ABŞ Ordularının birgə iştirakı ilə "Eagle Partner" adlı hərbi təlimləri başlayıb.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlim bu gün start götürərək, avqustun 20-də başa çatacaq. Təlimə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri qoşulacaq.

Təlimlərdə xüsusilə evakuasiya əməliyyatlarına, sülhməramlı tapşırıqların icrasına diqqət yetiriləcək. Bu təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalardakı qoşunlar arasında qarşılıqlı fəaliyyətin yüksəldilməsi, taktiki rabitə sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, eyni zamanda, Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölmələrinin hazırlığının artırılmasıdır.

Məlumat üçün diqqətə çatdıraq ki, "Eagle Partner" təlimləri 2023-cü ildən bəri hər il Ermənistanda keçirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   ABŞ   hərbi-təlim  



Xəbər lenti