Finlandiyadakı təlimlərdə ABŞ-dən 500-ə yaxın hərbçi iştirak edəcək
Amerikalı hərbçilər oktyabrdan dekabra qədər "Uusimaa" briqadasında qalacaq və noyabrda Finlandiya Müdafiə Qüvvələrinin illik təlimlərində iştirak edəcəklər.
Xəbər verildiyi kimi, ABŞ bu ilin ikinci yarısında Finlandiya və Baltik dənizi regionunda keçiriləcək təlimlərdə iştirak edəcək. Finlandiya və ABŞ bu yolla müdafiə sahəsində əməkdaşlığa dair sazişi (DCA) həyata keçirir. Bu sazişə əsasən ABŞ Finlandiyanın 15 hərbi obyektinə giriş əldə edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


