Liderlərin görüşünə Lavrov da qoşulacaq

   Liderlərin görüşünə Lavrov da qoşulacaq
  14 Avqust 2025    Oxunub:1062
Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın sabah Alyaska ştatında keçiriləcək görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirakı gözlənilir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Aleksey Fadeyev yerli mətbuata açıqlama verib. O söyləyib ki, əvvəlki administrasiyalar (Bayden hökumətini nəzərdə tutur - red.) dövründə iki ölkə arasında əlaqələr əhəmiyyətli dərəcədə zəifləyib.

"Zənnimizcə, bu görüş həm Ukrayna böhranının həlli, həm də beynəlxalq sülh və sabitliyin qurulması baxımından mühümdür. İnanırıq ki, görüş normal və funksional dialoq yaranacaq, bütün yığılıb qalmış məsələlər üzrə müzakirələr aparılacaq", - Fadeyev bildirib.
Tramp-Putin görüşü | Alyaska səması bağlanacaq

Xatırladaq ki, sabah Donald Tramp və Vladimir Putinin ABŞ-nin Alyaska ştatının mərkəzi Ankoric şəhərində görüşəcəklər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   prezident   görüş  



Xəbər lenti