Rusiya-Ukrayna-ABŞ Sammiti keçirilə bilər- Zelenski razıdır

 Rusiya-Ukrayna-ABŞ Sammiti  keçirilə bilər- Zelenski razıdır
  17 Avqust 2025    Oxunub:1187
Donald Trump sürpriz bir təşəbbüs ilə 22 Avqusta qədər üçlü zirvənin keçirilməsini planlaşdırır.
ABŞ Prezidenti Donald Trumpın 22 Avqusta qədər Rusiya, Ukrayna və ABŞ liderlərini bir araya gətirəcək üçlü zirvəni təşkil etmək istədiyi bildirilib.

Bu barədə Amerikanın Axios xəbər platforması xəbər yayıb.

Alyaskadakı zirvə görüşündən sonra Trump, Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb və Ukrayna Prezidenti Volodimir Zelenskiyə, eləcə də digər Avropa liderlərinə yeni zirvə barədə fikirlərini çatdırıb.

Zelenski Trumpın təklifinə müsbət yanaşaraq zirvəyə qatılmağa hazır olduğunu açıqlayıb. Moskva tərəfdən isə, olası zirvəyə Putinin yanaşması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

M. Həsənli
AzVision.az


Teqlər:



Xəbər lenti