Zelenskini Trampla görüşə kim hazırlayır?

   Zelenskini Trampla görüşə kim hazırlayır?
  18 Avqust 2025    Oxunub:1068
Ağ Evdə yeni qalmaqalın qarşısını almaq üçün Ukrayna prezidenti Volodimir Zelenskini ABŞ lideri Donald Trampla görüşə Böyük Britaniyanın diplomatları hazırlayırlar.
AzVision.az xəbər verir ki, bu barədə məlumat yayn Almaniyanın “Bild” nəşrinin yazdığına görə, Volodimir Zelenskinin hazırlanmasında əsas rolu Böyük Britaniyanın baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauel oynayır.

“Digər məsələlərlə yanaşı, Pauel Ukrayna prezidentinə Ağ Ev rəhbərinin qürurunu nəzərə alaraq Trampı tərifləməyi və onu təxribata çəkməməyi tövsiyə edir”, - materilada vurğulanır.

Ağ Evdə qaralan qan: Prezidentlərin mübahisəsinin tam mətni
Xatırladaq ki, avqustun 18-də Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasında danışıqlar keçiriləcək. Vaşinqtona həmçinin Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen NATO-nun baş katibi Mark Rütte, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, İtaliyanın baş naziri Corca Meloni və Finlandiya prezidenti Alexander Stubb gələcəklər.

Bu, fevral ayında birgə mətbuat konfransı zamanı Ağ Evdə yaranan mübahisədən sonra Zelenskinin Trampla ilk üz-üzə görüşü olacaq. Həmin görüş zamanı jurnalist Brayan Qlenn Ukrayna liderinin qeyri-rəsmi geyim tərzinə diqqət çəkərək, kostyumunun olub-olmadığını soruşmuşdu. Həmin suladan sonra görüşdə ehtiraslar qızışmağa başlayıb və danışıqlar prezidentlər arasında çəkişmə ilə yekunlaşıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Zelenski   hazırlıq  



Xəbər lenti