Ermənistan və İran birgə işçi qrupu yaradır

   Ermənistan və İran birgə işçi qrupu yaradır
  19 Avqust 2025    Oxunub:795
Ermənistan və İran hökumətləri tranzit yükdaşıma tariflərinə yenidən baxılması məqsədilə birgə işçi qrupu formalaşdıracaq.
Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan ilə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İrəvanda keçirilən görüşdə bu məsələ üzrə müzakirə aparıblar. Görüş İran Prezidenti Məsud Pezeşkiyanın bu ölkəyə səfəri çərçivəsində baş tutub.
Pezeşkiyan İrəvana gedib

Məlumata əsasən, nazirlər ölkələrin aviasiya sahəsində əməkdaşlığına da toxunublar. David Xudatyan Ermənistandan İranın şəhərlərinə müntəzəm uçuşların artırılmasının vacibliyini diqqətə çatdırıb.

"Çünki İran Ermənistan vətəndaşlarının ən çox üz tutduqları ölkələrdəndir", – nazir deyib.

(İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq)

Tərəflər, eyni zamanda, Şimal-Cənub magistralının Sünikdəki Kacaran-Aqarak hissəsinin tikintisini də nəzərdən keçiriblər. David Xudatyanın sözlərinə görə, Ermənistan tərəfi işin tempindən razıdır və İran şirkətinin səylərini yüksək qiymətləndirir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   İran   işçi-qrupu  



Xəbər lenti