ABŞ-də 6000 tələbənin vizası ləğv olunub

 ABŞ-də 6000 tələbənin vizası ləğv olunub
  19 Avqust 2025    Oxunub:885
ABŞ Dövlət Departamenti cari ilin əvvəlindən bəri 6000-dən çox xarici tələbənin vizasını ləğv etdiyini təsdiqləyib.
Bu barədə Dövlət Departamentinin mətbuat xidməti bəyanat yayıb. Bildirilib ki, vizaların ləğvinə səbəb onların vaxtının keçməsi, eyni zamanda, müxtəlif qanun pozuntuları hallarıdır.

"Sözügedən qanun pozuntuları arasında hücumçəkmə, sərxoş vəziyyətdə avtomobil sürmə, oğurluq, terrorçuluğa dəstək və s. cinayətlər var. 300-ə yaxın tələbənin vizası məhz terrorçuluğa dəstək səbəbilə ləğv olunub", – bəyanatda vurğulanıb.

Məlumat üçün bildirək ki, ABŞ-də tələbə vizalarının ləğvi barədə ilk dəfə "Fox News" telekanalı xəbər vermişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   tələbə   viza   ləğv  



Xəbər lenti