İspaniyada istilər 2,6 mindən çox insanın həyatına son qoyub

İspaniyada istilər 2,6 mindən çox insanın həyatına son qoyub
  19 Avqust 2025    Oxunub:507
Yayın əvvəlindən İspaniyada yüksək hərarətlə bağlı 2 635 vaxtından əvvəl ölüm halı qeydə alınıb.
AzVision.az Report-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı III Karlos İnstitutunun Gündəlik Ölüm Həddinə Nəzarət Sisteminə (MoMo) istinadən məlumat yayıb.

İnstitutun məlumatına görə, ölüm hallarının demək olar yarısı – 1 149 hadisə avqustun 3-dən 18-dək olan istilər zamanı baş verib.

Kanar adalarında yayda 51 ölüm halı qeydə alınıb, onlardan 15-i avqustda, 36-sı iyulda olub.

“İstilikdən ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı (2 529) və xüsusilə də 75 yaşdan yuxarı (2 347 nəfər, onlardan 1 747 nəfəri 85 və daha yuxarı yaşda olub) insanlar arasında baş verib”, - məlumatda deyilir.

Sistem məlumatlarına əsasən, ölənlərin 1 579-u qadın, 1 056-sı isə kişi olub.

Qeyd edək ki, yüksək temperaturla bağlı buyaykı 2 635 ölüm halı ötən ilin analoji dövrü (1856 nəfər) ilə müqayisədə 40 % çoxdur.

AzVision.az



Teqlər:



Xəbər lenti