Ərdoğan Putinlə danışıb

   Ərdoğan Putinlə danışıb
  20 Avqust 2025    Oxunub:980
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, liderlər əsasən Ukrayna müharibəsinin cari vəziyyət ilə əlaqədar müzakirələr aparıblar. Eyni zamanda, iki ölkə arasında qarşılıqlı əlaqələri, regional və qlobal məsələləri qiymətləndiriblər.

Rəcəb Tayyib Ərdoğan danışıq əsnasında Suriyadakı vəziyyətə də diqqət çəkib. Suriyada təhlükəsiz mühitin formalaşdırılması, ölkənin dirçəlməsi məqsədilə Türkiyənin öz dəstəyini əsirgəmədiyini vurğulayıb.

Türkiyə lideri, eyni zamanda, Moskva və Kiyev arasında gələcək danışıqların İstanbul şəhərində keçirilə biləcəyini söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   prezident   danışıq  



Xəbər lenti